Bank Of Baku

Azərbaycan Prezident Administrasiyasının rəhbəri fövqəladə hallar və daxili işlər nazirləri ilə birgə Qəbələdə antik dövrə aid yeni tapılmış yaşayış məskəninə baş çəkib

Azərbaycan Prezident Administrasiyasının rəhbəri fövqəladə hallar və daxili işlər nazirləri ilə birgə Qəbələdə antik dövrə aid yeni tapılmış yaşayış məskəninə baş çəkib
# 17 oktyabr 2011 08:36 (UTC +04:00)
Bu barədə APA-ya Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev məlumat verib.

Q. Ağayevin sözlərinə görə, qonaqlar Qəbələdə tikilən aeroport ərazisinə baxış keçirərkən burada aparılan arxeoloji qazıntılarla tanış olublar: “Rəsmilərə tapılan abidənin yaşı və arxeoloji əhəmiyyəti haqqında məlumat verilib. Fikir mübadiləsi nəticəsində belə qərara gəlindi ki, bu abidəni gələcəkdə açıq səma altında muzey kimi saxlayaq. Çünki bu abidə çox qədimdir, e.ə VI əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Bu isə antik dövrün bütün mərhələlərini əhatə etmək deməkdir. Bu ərazidə 800 il intensiv yaşayış olub. Sonra isə əhali bu ərazidən cənuba köçüb. İndi həmin ərazidə də orta əsrlər abidəsi yerləşir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR