Bank Of Baku

“Müstəqillik illərində Azərbaycan elminin inkişafı” mövzusunda elmi sessiya keçirilib

“Müstəqillik illərində Azərbaycan elminin inkişafı” mövzusunda elmi sessiya keçirilib
# 17 oktyabr 2011 10:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə “Müstəqillik illərində Azərbaycan elminin inkişafı” mövzusunda elmi sessiya keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib ki, ötən 20 il Azərbaycan elminin inkişafı baxımından da önəmli olub: “Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıdanda ilk görüşünü ziyalılarla və elm xadimləri ilə keçirib. Məhz müstəqillik illərində Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilib”.

G. Baxşəliyeva deyib ki, elm sahəsinə göstərilən diqqət prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra da davam edib. Ölkədə “Azərbaycan elminin inkişafı ilə bağlı Milli Strategiya” və bununla bağlı dövlət proqramı qəbul edilib, Elmin İnkişafı Fondu yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR