Bank Of Baku

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən qanvermə aksiyası keçirilir

Azərbaycanın dövlət  müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən qanvermə aksiyası keçirilir
# 17 oktyabr 2011 11:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Mərkəzi Qan Bankında Qan Donorları Assosiasiyası, “Kanal 13” və “Dalğa” Gənclər Hərəkatının təşkilatçılığı ilə qanvermə aksiyasına başlanıb. APA-nın məlumatına görə, “Yaşamağım üçün qan verərsən?” şüarı altında keçirilən aksiya Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilib. Qan Donorları Assosiasiyasının mətbuat katibi Lamiyə Nəbiyeva bildirib ki, aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün təmənnasız olaraq təşkil olunub. Aksiyada iştirak edən hər üç təşkilatın kollektivi qan verib.
L. Nəbiyevanın sözlərinə görə, qanvermə aksiyası Gürcüstanda da keçirilir. Marneuli Gənclər Mərkəzindən bildirilib ki, aksiyaya yüzədək gənc qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR