Bank Of Baku

Cəzaçəkmə müəssisəsində məhkumlar arasında voleybol yarışı keçirilib

Cəzaçəkmə müəssisəsində məhkumlar arasında voleybol yarışı keçirilib
# 17 oktyabr 2011 11:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə məhkumlar arasında voleybol yarışı keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Penitensiar Xidmətin rəisi Mədət Quliyev bayram münasibət ilə məhkumları təbrik edib. Daha sonra 2 saylı cəzaçəkmə müəssisəsinin “İstiqlal” komandası ilə 9 saylı cəzaçəkmə müəssisəsinin “Zirvə” komandası arasında yarış keçirilib. Voleybol yarışında 2 saylı cəzaçəkmə müəssisəsinin komandası qalib gəlib. Qalib komanda kubok və diplomla mükafatlandırılıb, həmçinin hər iki komandaya qiymətli hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR