Bank Of Baku

AEBA-nın Azərbaycan üzrə nümayəndəsi Andrey Çupov oktyabrın 23-də Bakıya gələcək

AEBA-nın Azərbaycan üzrə nümayəndəsi Andrey Çupov oktyabrın 23-də Bakıya gələcək
# 17 oktyabr 2011 12:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Azərbaycan üzrə nümayəndəsi Andrey Çupov oktyabrın 23-də Bakıya gələcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. A. Çupovun oktyabrın 27-dək davam edəcək səfərində əsas məqsəd Azərbaycanla birgə həyata keçirilən texniki əməkdaşlıq layihələrini müzakirə etməkdir.

Azərbaycan Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə isə, A. Çupovun rəsmi görüşləri oktyabrın 24-dən başlayacaq. O, həmin gün Milli Onkologiya Mərkəzində görüşlər keçirəcək. Daha sonra AEBA rəsmisi Standartlaşma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində, AMEA-da, Fövqəladə Hallar Nazirliyində, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində, İZOTOP Xüsusi Kombinatında görüşlər keçirəcək. A. Çupovun Azərbaycanda sterilizasiya qurğusunun quraşdırılması üçün nəzərdə tutulan əraziyə baxış keçirəcəyi də gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR