Bank Of Baku

Natiq Rəsulzadənin “Sredi prizrakov” kitabının təqdimatı keçirilib

Natiq Rəsulzadənin “Sredi prizrakov” kitabının təqdimatı keçirilib
# 17 oktyabr 2011 12:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans çərçivəsində Natiq Rəsulzadənin “Sredi prizrakov” (“Kabuslar arasında”) kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, konfransda iştirak edən xarici ölkə nümayəndələrinin, yerli ictimaiyyət nümayəndələrinin, Milli Məclisin deputatlarının da qatıldığı mərasimdə çıxış edən kitabın müəllifi narkotik vasitələrin insan həyatında oynadığı mənfi rol, yaratdığı problemlər barədə danışıb. N. Rəsulzadə deyib ki, yaradıcılığında narkomaniya mövzusuna yer ayırmasına səbəb bu problemi cəmiyyətin diqqətə çatdırmaqdır.

Mərasimdə çıxış edən Mili Məclisin deputatı Elmira Axundova, kinorejissor Eldar Quliyev, xalq artisti Murad Yelizarov və digərləri əsərin müasir dövrlə ayaqlaşdığını söyləyiblər və N. Rəsulzadənin realizmlə ayaqlaşan əsərlərinin əhəmiyyətini vurğulayıblar.

Sonra kitabın nüsxələri konfrans iştirakçılarına təqdim edilib.

Kitab rus və ingilis dillərində nəşr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR