Bank Of Baku

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət müstəqilliyinin bərpasının 20 illiyi qeyd olunub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət müstəqilliyinin bərpasının 20 illiyi qeyd olunub
# 17 oktyabr 2011 13:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi ilə əlaqədar toplantı keçirilib.

SMPDK-dən «APA-Economics»ə verilən məlumata görə, toplantıda komitənin rəhbər şəxsləri, struktur bölmələrin və ərazi idarələrin nümayəndələri iştirak edib.

Çıxışçılarda ölkənin 20 il ərzində böyük inkişaf yolu keçdiyini, bu inkişafın təməlində Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu iqtisadi siyasətin olduğunu qeyd ediblər. Sahibkarlığın inkişaf etdirilməsi üçün qəbul olunmuş dövlət proqramları, qanunvericilik aktları və digər mühüm tədbirlərin bu sahənin inkişafında xüsusi rolunu qabardan tədbir iştirakçıları ölkədə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirildiyini bildiriblər.

Toplantıda SMPDK-nın qazandığı nailiyyətlər haqqında da bir sıra çıxışlar olub. Bildirilib ki, komitə yarandığı dövr ərzində bir çox uğurlara imza atıb. Beynəlxalq Standartlaşdırma Təşkilatı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlıq əlaqələri gücləndirilib, Avropa Standartlaşdırma Komitəsinə müşahidəçi üzv, Beynəlxalq Elektrotexniki Komissiyaya tərəfdaş üzv seçilib, həmçinin Kodeks Alimentarius Komissiyasına daxil olub.

Bundan başqa, Komitənin təşəbbüsü ilə qida məhsulları, neft və qaz, informasiya texnologiyaları, ekologiya, turizm və keyfiyyətin idarə olunması üzrə texniki komitələr yaradılıb. Komitənin tərkibində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazası gücləndirilib, sınaqların və kalibrləmə işlərinin aparılması üçün müasir avadanlıqlar alınıb, ölçmələrin vəhdətinin təmin edilməsində əsas sayılan yeni etalonlar alınaraq quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR