Bank Of Baku

Tufandağ zirvəsində quraşdırılmış Avtomat Meteoroloji Stansiyanın fəaliyyəti bərpa olunub

Tufandağ zirvəsində quraşdırılmış Avtomat Meteoroloji Stansiyanın fəaliyyəti bərpa olunub
# 17 oktyabr 2011 13:40 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan meteorologiyasında hidrometeoroloji rejimi öyrənmək məqsədilə Tufandağ zirvəsində quraşdırılmış Avtomat Meteoroloji Stansiyada qısa müddətli fasilədən sonra hava haqqında məlumatların Milli Hidrometeorologiya Departamentinə (MHD) ötürülməsi bərpa olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qış mövsümündə Tufandağ ərazisindəki Avtomat Meteoroloji Stansiyadan məlumat ötürülməsi kəsilmişdi. MHD-nin və Şahdağ Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin əməkdaşlarından ibarət ekspedisiya qrupu bunu nəticələrin araşdırmaq üçün Tufandağ Avtomat Meteoroloji Stansiyasına baxış keçirib. Məlum olub ki, güclü küləklər və ildırım vurma səbəbindən ötürücü antena aşıb. Stansiya tam bərpa olunub və bu il avqustun 15-dən məlumatlar avtomatik rejimdə mərkəzi proqnozlar bürosuna daxil olmağa başlayıb. Stansiya küləklə işləyən elektrik generatorundan və günəş panellərindən qidalanır. Stansiyadan sonuncu məlumat bu gün saat 12:00-da daxil olub. Hazırda stansiyada veb kameranın quraşdırılması işlərinə hazırlıq gedir.
Qeyd olunub ki, 2010-cu ilin avqustunda Tufandağ zirvəsinin 4172 metr hündürlüyündə Avtomat Meteoroloji Stansiya quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR