Bank Of Baku

AMEA Əlyazmalar İnstitutunun direktoru vəfat edib

AMEA Əlyazmalar İnstitutunun direktoru vəfat edib
# 17 oktyabr 2011 13:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Görkəmli ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Məmməd Adilov 57 yaşında vəfat edib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Adilov 1953-cü il noyabrın 18-də Şəki şəhərində anadan olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib, 1976-1977-ci illərdə Şəki şəhərindəki orta məktəbdə müəllim, 1977-1982-ci illərdə Azərbaycan Radiosunda və “Bakı” qəzetində müxbir, Azərbaycan Dillər Universiteti nəzdindəki ərəb dili kurslarında müəllim işləyib. 1984-cü ildə AMEA Əsaslı Kitabxanasında baş redaktor işləyib, elə həmin ildən AMEA Əlyazmalar İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. 2003-cü ildə həmin institutun direktoru vəzifəsinə seçilib.

2003-cü ildə AMEA-nın Fəxri Fərmanı ilə, 2005-ci ildə AMEA-nın 60 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR