Bank Of Baku

Ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb

Ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb
# 17 oktyabr 2011 13:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyində ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın nazirliyin internet saytına istinadən verdiyi xəbərə görə, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiada nazirlik ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən keçirilib. Müxtəlif fənləri əhatə edən olimpiadanın I turu 28-i dövlət, 8-i isə qeyri-dövlət olmaqla 36 ali məktəbdə keçirilib və bu turda iştirak edən 1500-dən artıq tələbənin 684-ü final turuna vəsiqə qazanıb. Nazir, həmçinin 595 tələbənin müxtəlif fənlər üzrə olimpiadanın respublika turuna qatıldığını nəzərə çatdırıb.
Olimpiadada tələbələr tərəfindən ən böyük maraq Azərbaycan və ingilis dili fənlərinə göstərilib. İştirakçılardan 104-ü (15,2 faiz) Azərbaycan dili fənni üzrə, 103-ü isə (15 faiz) ingilis dili fənni üzrə yarışa qoşulduğunu qeyd edən nazir münsiflər heyətinin qərarına əsasən 12 nəfərin I, 23 nəfərin II, 36 nəfərin III, 43 tələbə isə həvəsləndirici mükafata layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR