Bank Of Baku

2012-ci ilin qəbul imtahanlarında Azərbaycan dili fənnindən mətn üzrə test tapşırıqları tətbiq olunacaq

2012-ci ilin qəbul imtahanlarında Azərbaycan dili fənnindən mətn üzrə test tapşırıqları tətbiq olunacaq
# 17 oktyabr 2011 14:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2012-ci ildə ali məktəblərə qəbul imtahanlarında Azərbaycan dili fənnindən mətn üzrə test tapşırıqları tətbiq olunacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar-iclasda keçirilən müzakirələr zamanı qərara gəlinib.

İclasda 2012-ci ildə bütün qruplar üzrə Azərbaycan dili fənnindən tətbiq olunması nəzərdə tutulan mətn üzrə test tapşırıqları müzakirə olunub və Azərbaycan dili fənninə uyğun olaraq mətn üzrə test tapşırıqlarının bir neçə modeli nümayiş etdirilib.

Azərbaycan dili və ədəbiyyat fənləri üzrə iclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də iştirak ediblər.

Növbəti seminar-iclasda III ixtisas qrupu üzrə qəbul imtahanlarında Azərbaycan dili fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR