Bank Of Baku

Misir Mərdanov Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının prezidenti ilə görüşüb

Misir Mərdanov Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının prezidenti ilə görüşüb
# 17 oktyabr 2011 15:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının (CONISET) prezidenti Maria Rovira ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə M. Rovira deyib ki, şura əsasən elmi-tədqiqatların maliyyələşdirilməsi və alimlərin fəaliyyətinin dəstəklənməsi missiyasını yerinə yetirir. Azərbaycanın ali təhsil müəssisələri ilə də yaxından əməkdaşlıq etdiyini söyləyən qonaq, həmçinin ali məktəblərdə oxuyan tələbələrin elmi-tədqiqat işlərinə dəstək verdiklərini nəzərə çatdırıb. M. Rovira Argentinada dövlət universitetlərinin həm ölkə vətəndaşları, həm də əcnəbilər üçün pulsuz olduğunu diqqətə çatdıraraq iki ölkə arasında müəllim və tələbə mübadiləsinin aparılmasının əhəmiyyətli olacağını deyib.

M. Mərdanov Argentinada dəqiq və təbiət elmlərinin inkişafı sahəsində ciddi nailiyyətlərin qazanılmasını, ölkə üzrə 5 Nobel mükafatçısının olmasını yüksək uğur kimi səciyyələndirib. Azərbaycanın elm və təhsil sistemi haqqında qonağa məlumat verən nazir ölkədə alimlərin 50 faizindən çoxunun təhsil sistemində çalışdığını nəzərə çatdırıb. M. Mərdanov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Argentina ali məktəblərinə də tələbə göndərilməsi məsələsinə baxılmasının mümkünlüyünü vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR