Bank Of Baku

AMEA ilə Argentinanın Elmi və Texniki Araşdırmalar üzrə Milli Şurası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA ilə Argentinanın Elmi və Texniki Araşdırmalar üzrə Milli Şurası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 18 oktyabr 2011 12:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Argentina Elmi və Texniki Araşdırmalar üzrə Milli Şurasının (Koniset) prezidenti Marta Rovira ilə görüş keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Akademiyanın prezidenti Mahmud Kərimov M. Roviraya Azərbaycanda “Elmin inkişafı üzrə Milli Strategiya"nın və onunla əlaqədar Dövlət Proqramının təsdiq edildiyini, AMEA-nın ölkədə aparılan elmi tədqiqatların idarə olunması və əlaqələndirilməsini həyata keçirdiyini bildirib. M. Kərimov iki ölkə arasında elm sahəsində davamlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

M. Rovira isə Argentinada miqyasına görə 167 elmi-tədqiqat institutunun fəaliyyət göstərdiyini, dünyanın 15 ölkəsi ilə əməkdaşlıq əlaqələrinin yaradıldığını və gələcəkdə bu əlaqələrin inkişaf etdiriləcəyini qeyd edib. Sonda AMEA ilə Koniset arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR