Bank Of Baku

Nazir müavini xaricdə təhsil alan tələblərin ayrılan maliyyə vəsaitini vaxtında ala bilməməsinə aydınlıq gətirib

Nazir müavini xaricdə təhsil alan tələblərin ayrılan maliyyə vəsaitini vaxtında ala bilməməsinə aydınlıq gətirib
# 19 oktyabr 2011 09:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. ““2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin maliyyələşmə mexanizmi göndərilən vəsaiti tələbənin vaxtında almasına imkan vermir”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov xaricdə təhsil alan tələblər üçün maliyyənin gec ayrılması barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir müavini deyib ki, maliyyələşmə Dövlət Neft Fonunun vəsaiti hesabına olduğundan nazirlik vəsaiti sifariş edib aldıqdan sonra müvafiq maliyyə əməliyyatları aparır: “Bu da təbii ki, müəyyən vaxt çəkir. Nazirliyə də maliyyə təminatı barədə problemlərin olması haqda müraciətlər olub. Biz araşdırdıq. Belə bir fakt aşkar olunmadı. Bizə irad tuturlar ki, sadə ailələrin övladları bu proqram çərçivəsində xaricdə oxumurlar. Heçə də belə deyil. Dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların böyük əksəriyyəti ailə büdcəsi hesabına oxuya bilməyənlərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR