Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində havalar soyuyacaq, bəzi yerlərdə leysan gözlənilir

Sabahdan Azərbaycan ərazisində havalar soyuyacaq, bəzi yerlərdə leysan gözlənilir
# 19 oktyabr 2011 10:02 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gecə yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Gecə 10-14, gündüz 15-18 dərəcə isti olacaq.

Oktyabrın 21-də havanın buludlu olacağı, ayın 20-dən 21-nə keçən gecə yağış yağacağı proqnozlaşdırılır. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 10-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 20-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 16-21, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Oktyabrın 21-də bölgələrdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Ayın 21-i gündüz qərb rayonlarında tədricən kəsiləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 10-15 isti olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR