Bank Of Baku

Bütün məktəblər informasiya-kommunikasiya texnologiyaları və yüksək sürətli internetlə təmin olunacaq

Bütün məktəblər informasiya-kommunikasiya texnologiyaları və yüksək sürətli internetlə təmin olunacaq
# 19 oktyabr 2011 10:15 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Azərbaycanda bütün məktəblər informasiya-kommunikasiya texnologiyaları və yüksək sürətli internetlə təmin olunacaq”. APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov deyib. O bildirib ki, hazırda ölkədə təhsil sisteminin informasiyalaşdırılması üzrə növbəti dövlət proqramı həyata keçirilir: “Məktəblər üçün internet pulsuz, ödənişsiz olacaq. Bütün bunlar dövlət hesabına həyata keçiriləcək. Bu iş Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonları ilə paralel olaraq paytaxtdan uzaqda yerləşən kənd rayonlarında da aparılır”.

Q. Novruzov onu da əlavə edib ki, Azərbaycanda məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması ilə bağlı iki dövlət proqramı var və artıq onlardan biri başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR