Bank Of Baku

Azərbaycanın təhsil naziri Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşının işdən çıxarılmasına münasibət bildirib

Azərbaycanın təhsil naziri Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşının işdən çıxarılmasına münasibət bildirib
# 19 oktyabr 2011 10:37 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib.

“Bizə təqdimat verildi. Biz də bununla bağlı müvafiq qərar qəbul etdik və qərarı mətbuata açıqladıq”, - deyə nazir bildirib.

M. Mərdanov müvafiq sənədləri Baş Prokurorluğa da təqdim etdiklərini bildirib.

Qeyd edək ki, Baş Prokurorluğun müvafiq dövlət strukturları ilə birgə Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar aşkar olunub. Baş Prokurorluğun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Təhsil Nazirliyinin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR