Bank Of Baku

Məktəblilər arasında “Çiçəklənən Azərbaycan” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Məktəblilər arasında “Çiçəklənən Azərbaycan” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 19 oktyabr 2011 10:44 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəbləri şagirdləri arasında “Çiçəklənən Azərbaycan” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov bildirib ki, nazirlik tərəfindən təşkil edilən müsabiqənin keçirilməsində məqsəd uşaq və gəncləri dövlətçilik, vətənpərvərlik, vətənə sədaqət ruhunda tərbiyə etməkdir. O deyib ki, müsabiqə üç mərhələdə - məktəb, şəhər və rayon, respublika mərhələlərində keçirilib: “Müsabiqənin şəhər, rayon mərhələsində 8 minə yaxın məktəbli iştirak edib. Respublika mərhələsinə 210 rəsm işi təqdim edilib. Münsiflər heyəti tərəfindən 30 iş qalib elan edilib”.

Müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan məktəblilər Təhsil Nazirliyinin diplomu və hədiyyələri ilə mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR