Bank Of Baku

Sabunçuda Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün yeni inzibati bina istifadəyə verilib

Sabunçuda Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün yeni inzibati bina istifadəyə verilib
# 19 oktyabr 2011 10:46 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün Bakının Sabunçu rayonunda Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün yeni inzibati bina istifadəyə verilib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu günədək ölkənin 39 rayon və şəhərində nazirliyin mərkəzlərinin inzibati binaları əsaslı şəkildə təmir olunub, 33 rayon və şəhərdə yeni inzibati binalar inşa etdirilərək yerli qurumların istifadəsinə verilib.

Yaxın vaxtlarda Bakının Suraxanı və Xəzər rayonlarının ƏSMM-lərinin yeni inzibati binalarla təmin edilməsi nəzərdə tutulur. Xüsusi layihə əsasında tikilmiş yeni inzibati binalarda nazirliyin müvafiq bölgə üzrə yerli strukturları birgə yerləşdirilib və bunun nəticəsində həmin qurumların mərkəzlərdə ünvanlı dövlət sosial yardımlarının təyinatı ilə bağlı informasiya mübadiləsini təmin etmək üçün fibrooptik xətlər əsasında qurulmuş lokal şəbəkə fəaliyyət göstərir. Nazirliyin mərkəzi serveri ilə birbaşa əlaqəsi olan bu sistem bölgələrdən məlumatları dərhal qəbul etməyə, əhalinin sosial müdafiəsi ilə bağlı məsələləri operativ həll etməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR