Bank Of Baku

Göyçayda qadın problemlərinə həsr olunan dəyirmi masa keçirilib

Göyçayda qadın problemlərinə həsr olunan dəyirmi masa keçirilib
# 19 oktyabr 2011 11:09 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. BMT-nin Azərbaycandakı nümayəndəliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu gün Göyçay rayonunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, bələdiyyələrin sədrləri, dini qurumların, QHT-lərin təmsilçiləri və sahibkar qadınlar iştirak edib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin üzvü Qənirə Paşayeva, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Dag Sigurdson çıxış edib. Çıxışlarda ölkədə qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi bütün sahələrdə kişilərlə birgə çalışdıqları, qadınlarının idarəetmədə, ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatda fəallıq göstərdikləri bildirilib.
Qeyd olunub ki, qadınlar və kişilər arasında bərabərlik insan hüquqlarının və demokratiyanın əsas tərkib hissəsidir. Qadın məsələləri ilə bağlı ölkədə kifayət qədər hüquqi baza yaradılıb. Ötən ilin mayında Milli Məclisdə “Məişət zorakılığı haqqında” qanun qəbul edilib. Regionlarda qadın problemlərinin həlli ilə bağlı mərkəzlər yaradılmaqdadır.
Dəyirmi masada BMT-nin Əhali Fondunun (UNFPA) Proqram üzrə müşaviri V. Əliyeva, “Azərbaycanda gender əsaslı zorakılıq və qadınların məşğulluq problemləri”, BMT-nin rezident əlaqələndiricisi ofisinin əlaqələndirmə məsələləri üzrə müşaviri İ. Əhmədova “Qadınların səlahiyyətlərinin artırılmasında BMT-nin dəstəyi”, BMT-nin Uşaq Fondunun (UNİSEF) proqram məsələləri üzrə müşaviri N. Umarov “Əqli əlilliyi olan uşaqların idman vasitəsilə reablitasiyası və cəmiyyətə inteqrasiyası” mövzularında məruzələr edib. Tədbirdə Göyçay rayonunda qadınlarla bağlı problemlər və onların həlli yolları müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bundan əvvəl belə dəyirmi masalar Tovuz, Lənkəran, Zaqatala və Şabran rayonlarında keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR