Bank Of Baku

ADU-da “İtalyan dili həftəsi” keçirilir

ADU-da “İtalyan dili həftəsi” keçirilir
# 19 oktyabr 2011 11:18 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) İtaliyanın birləşdirilməsinin 150-ci ildönümünə həsr olunmuş “Ad günün mübarək İtaliya” mövzusunda XI Dünya İtalyan Dili Həftəsi başlayıb. ADU-dan APA-ya verilən məlumata görə, açılış mərasimində ADU-nun rektoru Səməd Seyidov, İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi, Milan Dil Məktəbinin professoru Emanuele Rozza və ADU-nun tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələr iştirak edib.

İtaliya səfirliyi və ADU-nun italyan dili kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən səfir Mario Baldi öz ölkəsi ilə Azərbaycanın münasibətlərindən, o cümlədən təhsil və mədəniyyət sahələrindəki əlaqələrin əhəmiyyətindən danışıb. Diplomat ADU ilə İtaliyanın ali təhsil ocaqları arasında qarşılıqlı əməkdaşlıq tellərinin yarandığını bildirib və bu münasibətlərin gələcəkdə də artan temp üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

M. Baldi Milan Dil Məktəbinin professoru, kommunikasiya üzrə ekspert Emanuele Rozzanı iştirakçılara təqdim edib. Səfir professorun italyan dilinin sirlərini öyrənən tələbələrə “İtalyan dilinin televiziyada rolu”, “İtaliyada internet və onun rolu”, “İtalyan dilinin sosial şəbəkələrdə yayılması” mövzularında dərs keçəcəyini diqqətə çatdırıb.

Sonra E. Rozza ADU-nun tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələrinə seminar keçib. Seminarlar oktyabrın 21-ə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR