Bank Of Baku

Lənkəranda «Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika» mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Lənkəranda «Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika» mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
# 19 oktyabr 2011 11:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dekabrın 23-25-də Lənkəranda «Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika» mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

«APA-Economics»in məlumatına görə, konfransda dayanıqlı inkişaf və idarəetməyə dair müasir təbiətşünaslıqda, humanitar və ictimai-siyasi elmlərdə alınan elmi-praktik əhəmiyyətli nəticələrə dair məruzələr dinlənilərək təhlil ediləcək.

Konfransda Azərbaycanın milli inkişaf modeli, təhsil və sosial-iqtisadi inkişaf, informasiya texnologiyaları ilə sosial-iqtisadi inkişaf, dayanıqlı inkişafın elmi-nəzəri problemləri, idarəetmə və optimal idarəetmə modelləri, qloballaşma şəraitində sosial-iqtisadi və ekoloji inkişaf və s. müzakirə olunacaq. Konfransın sonunda onun mövzusuna dair tələbələr və gənc tədqiqatçılar üçün bir həftəlik tədris seminarı nəzərdə tutulur.

Qeyd edək ki, tədbir Lənkəran Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Lənkəran Regional Elm Mərkəzi, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Azərbaycan Turizm İnstitutunun təşkilatçılığı ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR