Bank Of Baku

Şimali Kiprdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib

Şimali Kiprdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib
# 19 oktyabr 2011 12:58 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 18-də Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Doğu Akdeniz Universitetində, eyniadlı universitetin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycan və Türkiyənin dövlət himnləri ilə açıq elan edilib.
Bundan sonra Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən və Azərbaycanı təmsil edən “Buta” rəqs qrupunun iştirakı ilə, Azərbaycan rəqsləri - “Sarı gəlin” və “Nəlbəki” nümayiş etdirilib.
Daha sonra “Buta”-ın yaradıcısı və rəhbəri, Doğu Akdeniz Universitetinin tələbəsi Rəhim Davudov qrupun fəaliyyəti və məqsədi barəsində ətraflı məlumat verib.
Çıxışdan sonra Azərbaycanın tarixi və mədəniyyətindən bəhs edilən slayd-şou göstərilib.
Universitetin rektoru, professor Abdullah Öztoprak və onun müavini Məcid Haşhemipour belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik ediblər.
Konsertdə universitetdə təhsil alan 480 azərbaycanlı tələbə, universitetin müəllim və professor heyəti ilə yanaşı, Azərbaycandan Bakı şəhər Baş Təhsil İdarəsinin müdir müavinləri, Azərbaycanın ən qabaqcıl olan 28 məktəbinin direktoru iştirak edib.
Bakı şəhər Baş Təhsil İdarəsinin müdir müavinləri Məhəmməd Bayramov və Məhəbbət Qarabağlı da təbriklərə qoşulub.
Sonda Azərbaycan Tələbə Qəbulu Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında 600-dən yüksək bal toplayıb və Doğu Akdeniz Universitetində təhsil almaq şansı qazanan 20 tələbəyə universitet tərəfindən xüsusi mükafat təqdim olunub.
Konsertdə Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva və ölkəmizi “Evrovizion 2010” müsabiqəsində təmsil edən Səfurə Əlizadə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR