Bank Of Baku

Sabah Bakıda Vərəm və ağciyər xəstəliklərinə dair V beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Sabah Bakıda Vərəm və ağciyər xəstəliklərinə dair V beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
# 19 oktyabr 2011 13:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sabah Bakıda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Vərəm və ağciyər xəstəliklərinə dair V beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Konfransda Azərbaycanın aidiyyatı dövlət qurumlarının, AİDS, Vərəm və Malyariya Əleyhinə Qlobal Fondun, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri iştirak edəcək.

Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutundan APA-ya verilən məlumata görə, son illər Azərbaycanda ilkin vərəm xəstələri arasında aşkarlanma əvvəlki illərə nisbətən 56,2 faiz artıb, həmçinin müalicələrdə 62 faiz uğur əldə edilib: “Bu rəqəmlər göstərir ki, qeydiyyata alınan vərəm hallarının sayı artır və vərəm xəstələrinin müalicə nəticələrinə nəzarət sistemi güclənir. 2011-ci il üçün 1-ci sıra vərəm əleyhinə dərman preparatlarının tam həcmdə alınması həyata keçirilib. Vərəmin aşkarlanması üzrə Referens Laboratoriyası 2010-cu ildə Almaniyanın Borstel şəhərində fəaliyyət göstərən supranatsional laboratoriya tərəfindən keyfiyyət sertifikatı alıb. Vərəm xəstələrinin bəlğəminin Referens Laboratoriyasına daşınması və tədqiq olunaraq mütləq şəkildə I və II sıra dərman preparatlarına həssaslığın qoyulması prosesləri aktiv şəkildə həyata keçirilir. 2010-cu ilin 9 ayı ilə 2011-ci ilin 9 ayı müqayisə olunduqda Referens Laboratoriyasında aparılan əkmənin sayının 4 dəfə artdığı müşahidə olunur. Ölkədə 2-ci dərəcəli regional laboratoriyalar şəbəkəsinin yaradılmasına başlanılıb. Naxçıvan Muxtar Respublikada belə laboratoriya fəaliyyət göstərir, Quba, Masallı, Zaqatalada bakterioloji laboratoriyanın tikilməsi və ventilyasiya sisteminin quraşdırılması işləri başa çatıb, Gəncədə isə laboratoriyanın tikintisinə artıq başlanılıb. Ölkədə “2011-2015-ci illər müddətində Vərəmlə mübarizə strategiyası” və “Tədbirlər planı” qəbul olunub”.

2008-ci ilin avqust ayından rezistent xəstələrin müalicəsi layihəsinin icrasına başlanıb. Hazırda müalicəyə 791 rezistent vərəmli xəstə qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR