Bank Of Baku

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qərargahında yeni mərkəzlərin təqdimatı keçirilib - FOTO

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qərargahında yeni mərkəzlərin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 19 oktyabr 2011 14:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında iki yeni mərkəzinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, əvvəlcə mərasim iştirakçıları və qonaqlar təqdim olunan mərkəzlər - ATGTİ, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə reallaşdırdığı İnformasiya Texnologiyaları - “İT EVİ” və bu qurumla Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin ortaq layihəsi olan “Sağlam Həyat Tərzi üzrə Gənc Təlimçilərin Resurs Mərkəzi” ilə tanış olublar. Bununla bağlı təşkil olunan yığıncaqda ittifaqın sədri Şahin İsmayılov deyib ki, ittifaqın nəzdində yaradılan bu mərkəzlər tələbələrə biliklərini artırmağa dəstək olacaq təlimlərin keçirilməsi üçün nəzərdə tutulub.
Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov isə bildirib ki, təşkilat layihələrin icrası zamanı kollecdə təhsil alan tələbələri də unutmamalı və bu prosesə cəlb etməlidir. M.Mərdanov bu kimi tədbirlərin ölkənin bölgələrini də əhatə etməsinin əhəmiyyətindən danışıb.
Gənclər və idman naziri Azad Rəhimov ittifaqın keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayıb və təşkilatın həyata keçirdiyi layihələrə geniş tələbə kütləsinin cəlb edilməsini müsbət qiymətləndirib.
Qeyd edək ki, tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, millət vəkilləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, BMT nümayəndəsi Nato Axazişvili, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Narkotiklərə qarşı Təbliğat İctimai Birliyinin sədri Məzahir Əfəndiyev və başqaları qonaqlar iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR