Bank Of Baku

Azərbaycanda 400-ə yaxın məhkum II sıra vərəm əleyhinə müalicəyə cəlb olunub

Azərbaycanda 400-ə yaxın məhkum II sıra vərəm əleyhinə müalicəyə cəlb olunub
# 20 oktyabr 2011 09:27 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfail Mehdiyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində vərəmi aşkar etmək üçün Referens bakterioloji laboratoriya fəaliyyət göstərir. Hazırda vərəmin diaqnostikası üzrə bütün müasir avadanlıqlar sözügedən laboratoriyada istismardadır.

Rəfail Mehdiyevin sözlərinə görə, indiyə qədər 400-ə yaxın məhkum II sıra vərəm əleyhinə müalicəyə cəlb olunub: “Onlardan 200-ə yaxın məhkumun müalicəsinin yekununu ümumiləşdirmişik. 200 nəfərin müalicəsinin effektliliyi 75 faizə yaxındır. II sıra vərəm əleyhinə dərmanların effektliliyi 50-60 faiz olduqda, artıq bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qəbul olunur. Cəzaçəkmə müəssisələrində vərəmlə bağlı aparılan işlər Səhiyyə Nazirliyinin qurumları ilə birgə həyata keçirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR