Bank Of Baku

Yeddi Dövlət – Bir Millət Konseyi PKK-nın Türkiyədə həyata keçirdiyi növbəti terror aktı ilə bağlı bəyanat verib

Yeddi Dövlət – Bir Millət Konseyi PKK-nın Türkiyədə həyata keçirdiyi növbəti terror aktı ilə bağlı bəyanat verib
# 20 oktyabr 2011 10:32 (UTC +04:00)
Bakı-APA. Yeddi Dövlət – Bir Millət Konseyi PKK terrorçularının Türkiyədə oktyabrın 19-da həyata keçirdiyi növbəti terror aktı ilə bağlı bəyanatla çıxış edib. APA-nın məlumatına görə, bəyanatda qeyd olunub ki, qurum PKK-nın son hücumlarından, 24 əsgərin və 5 polisin şəhid olmasından ciddi narahatçılıq keçirir. Konsey başqanı Azər Həsrət bildirib ki, son olaylar terror və terroru dəstəkləyənlərin necə təhlükəli oyuna girdiklərini bir daha göstərir: “Bütün türklər, yalnız türklər deyil, bütün normal insanlar dərhal PKK terroruna son qoyulmasını tələb etməkdədir. Biz türk milləti olaraq, canımız qədər sevdiyimiz, uğrunda hər şeyimizi fəda etməyə hazır olduğumuz Türkiyəmiz üçün vacib olan işlərin təcili həyata keçirilməsini tələb edirik. Türkiyə dövləti və xalqının yanında olduğumuzu, PKK və onun dəstəkçilərini lənətlədiyimizi, dünya ictimai rəyini Türkiyənin haqlı davasında onun yanında olmağa çağırdığımızı ifadə edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR