Bank Of Baku

Təhsil Nazirliyi I sinif şagirdlərinin məktəb çantalarının ağır olması barədə şikayətlərə aydınlıq gətirib

Təhsil Nazirliyi I sinif şagirdlərinin məktəb çantalarının ağır olması barədə  şikayətlərə aydınlıq gətirib
# 20 oktyabr 2011 10:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyi I sinif şagirdlərinin məktəb çantalarının ağır olması ilə bağlı valideynlərin şikayətlərinə aydınlıq gətirib. APA-nın məlumatına görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə jurnalistlərə bildirib ki, valideynlər çantaların ağır olmasını kitabların çəkisinin çox olması ilə əlaqələndirirlər: “Nazirliyin mütəxəssisləri bununla bağlı araşdırma aparıb. Məlum olub ki, I sinif üçün 5 kitab var, onların çəkisi 1 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 2 kiloqram və ya 3 kiloqrama yaxındır”.
B. Hüseynzadə deyib ki, çantaları valideynlərin özləri ağırlaşdırır: “Təəssüf ki, valideynlər uşaqlara uyğun olmayan böyük çantalar alırlar, onlara xüsusi dəmir qablarda su və yemək qoyurlar. İçərisində su olan bir dəmir qabın çəkisi şagirdin bütün kitablarının çəkisinə bərabərdir. Bundan başqa, elə valideynlər var ki, uşağın bütün kitablarını onun çantasına yığır. Biz valideynlərə müraciət edirik ki, bütün bunlara özləri nəzarət etsinlər, uşaqların çantalarını ağırlaşdırmasınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR