Bank Of Baku

Şuşa və Ağdamın turizm potensialı ilə bağlı dəyirmi masa keçirilib

Şuşa və Ağdamın turizm potensialı ilə bağlı dəyirmi masa keçirilib
# 20 oktyabr 2011 11:03 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Söz Azadlığını Müdafiə Fondu (SAMF) 2011-ci il Turizm ili çərçivəsində “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinin yekun təqdimatı mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, layihə çərçivəsində SAMF-ın əməkdaşları tərəfindən işğal altında qalan turizm obyektlərinin rəhbəri olmuş şəxslərlə görüşlər keçirilib, obyektlərin siyahısı dəqiqləşdirilib, turizmin bölgəyə verdiyi illik gəlirlər haqqında məlumatlar toplanaraq regionun turizm imkanları araşdırılıb, bu illər ərzində dəymiş ziyanın təxmini məbləği iqtisadçıların və inşaat mütəxəssislərinin iştirakı ilə hesablanıb. Bildirilib ki, Şuşa, Ağdam, eləcə də işğal altında olan digər ərazilərdə qalan turizm obyektlərinin, tarixi, milli-mədəni abidələrin, əsrarəngiz Qarabağ təbiəti barədə məlumatların gənc nəslə, dünya ictimaiyyətinə çatdırılmasında bu layihənin böyük rolu ola bilər. Layihənin rəhbəri Vüqar Tofiqli “Şuşa və Ağdamın turizm potensialı, dəymiş maddi ziyan və onun müəyyən edilmə strategiyası” mövzusunda çıxış edərək deyib ki, işğal nəticəsində hər iki rayona dəymiş maddi ziyan 1 milyard 894 milyon 740 000 min manat məbləğində müəyyən edilib. Tədbirdə millət vəkili Xanhüseyn Kazımlı və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR