Bank Of Baku

Səməd Seyidov İspaniyanın Türkiyədəki səfirliyinin mədəniyyət işləri üzrə attaşesi ilə görüşüb - FOTO

Səməd Seyidov İspaniyanın Türkiyədəki səfirliyinin mədəniyyət işləri üzrə attaşesi ilə görüşüb - <font color=red>FOTO</font>
# 20 oktyabr 2011 11:16 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 20-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov İspaniyanın Türkiyədəki səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Karlos Ruislə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S.Seyidov İspaniyanın təkcə Avropada deyil, bütün dünyada aparıcı dövlət olduğunu vurğulayıb. O, universitet haqqında məlumat verərək İnformasiya Resurs Kompleksinin (İRK) fəaliyyətindən söhbət açıb. Rektor qeyd edib ki, universitetdə tədris olunan dillərin mərkəzləri də fəaliyyət göstərir. Bu baxımdan İspan dili mərkəzinin də yaradılmasına böyük ehtiyac vardır. Karlos Ruis rektora qəbula görə minnətdarlığını bildirib. İspan dili mərkəzinin yaradılmasını yüksək dəyərləndirən qonaq bu istiqamətdə atılan addımların gələcək əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR