Bank Of Baku

Sentyabrda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə 94 müraciət daxil olub

Sentyabrda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə 94 müraciət daxil olub
# 20 oktyabr 2011 11:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Sentyabr ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozmaları və digər ekoloji hallar barədə 94 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 22 müraciətlə bağlı araşdırma aparılarkən 5 şikayət üzrə fakt təsdiqlənib və qanuna müvafiq tədbirlər görülüb, 17 müraciət isə öz təsdiqini tapmayıb.

Məlumatda bildirilir ki, ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 43 müraciətlə bağlı yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanması ilə əlaqədar daxil olmuş 29 müraciətdən 13-ü ilə bağlı qanuna müvafiq tədbirlər görülüb. 12 müraciət öz təsdiqini tapmayıb, 2 müraciət hazırda icradadır, 2 müraciətin isə əsassız olduğu məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR