Bank Of Baku

İçərişəhərdə “Azərbaycan sənət əsərləri dünya muzeylərində” adlı foto-sərgi keçirilib - FOTO

İçərişəhərdə “Azərbaycan sənət əsərləri dünya muzeylərində” adlı foto-sərgi keçirilib - <font color=red>FOTO</font>
# 20 oktyabr 2011 14:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İçərişəhər” tarixi-muzeyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə “Azərbaycan sənət əsərləri dünya muzeylərində” adlı foto-sərgi keçirilib. APA-nın məlumatına görə, foto-sərgidə Nyu- Yorkun Metropoliten, Vaşinqtonun Tekstil, Parisin Luvr, Londonun Viktoriya və Albert, İstanbulun Topqapı muzeyində və digər dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan təsviri və sənət nümunələrinin görüntüləri nümayiş etdirilib. Foto-sərgi Azərbaycan Milli Konservatoriyasının tələbələrinin musiqi nömrələri ilə müşayiət olunub.

Tədbirdə çıxış edən “İçərişəhər” tarixi muzeyinin direktor müavini Gülnar Əliyeva bildirib ki, xarici ölkə muzeylərində saxlanılan qiymətli sənət əsərlərinin yalnız görüntülərinin nümayiş etdirilməsi yetərli deyil. Yaxın zamanlarda Türkiyənin Əsgəri Muzeyində saxlanılan və Şirvanşah Fərrux Yassara məxsus dəbilqə və zirehli geyim Azərbaycana gətirilərək Şirvanşahlar Muzeyində nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR