Bank Of Baku

İt, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarına dəyişiklik edilib

İt, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarına dəyişiklik edilib
# 20 oktyabr 2011 14:57 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na dəyişiklik edib. APA-nın qurumun internet saytına istinadən yaydığı xəbərə görə, sənədə əsasən ev heyvanlarının xarici görkəmini dəyişdirmək məqsədilə və ya digər qeyri müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması və s.) aparılması məhdudlaşdırılıb. Dəyişikliklərdə yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədilə onlara preparatların verilməsi, tibbi və texniki üsulların tətbiq edilməsinə də məhdudiyyət qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR