Bank Of Baku

Azərbaycan Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupa üzv qəbul olunub

Azərbaycan Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupa üzv qəbul olunub
# 20 oktyabr 2011 16:13 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən “AzərTAc”-a bildiriblər ki, 1991-ci ildən təsis edilmiş INSARAG-ın yaranma məqsədi müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ezam olunan müxtəlif axtarış-xilasetmə qrupları arasındakı uzlaşmanın təmin olunması, onların imkan və bacarıqlarının səviyyəsinin müəyyənləşdirilməsi və inkişaf etdirilməsindən ibarətdir.

INSARAG fəlakətlərin mənfi nəticələrinin azaldılması məqsədi ilə fövqəladə hazırlıq və cavab tədbirlərinin həyata keçirilməsi, beynəlxalq axtarış-xilasetmə dəstələri arasında əməkdaşlığın səmərəliliyinin artırılması və bu baxımdan onların işini tənzimləyən sistem və prosedurların inkişaf etdirilməsi, beynəlxalq səviyyədə fövqəladə yardım əməliyyatlarının təşkili üçün müvafiq prosedur və istiqamətlərin təyin edilməsi, mükəmməl təcrübələrin öyrənilməsi və maraqlı təşkilatlar arasında əməkdaşlığın möhkəmləndirilməsi sahəsində fəaliyyət göstərir.

INSARAG-a üzvlük Azərbaycana fəlakətlər zamanı beynəlxalq xilasetmə dəstələri ilə ölkəmizin müvafiq xilasetmə dəstəsi arasında qarşılıqlı əlaqələrin qurulması, Qrupun illik görüşlərində və regional təlimlərində iştirak, BMT-nin fövqəladə hallarla bağlı mexanizmlərinə cəlb olunması, Qrupun məlumat vasitələrinə çıxışın əldə edilməsi, INSARAG qaydalarının öyrənilməsi və müvafiq vərdişlərə yiyələnmə, o cümlədən bilik və bacarıqların bölüşməsinə imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR