Bank Of Baku

QAT-ın təşəbbüsü ilə “Orta məktəblərdə ilkin hərbi hazırlıq: problemlər və təkliflər” mövzusunda dəyirmi masa keçirilib

QAT-ın təşəbbüsü ilə “Orta məktəblərdə ilkin hərbi hazırlıq: problemlər və təkliflər” mövzusunda dəyirmi masa keçirilib
# 21 oktyabr 2011 10:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “Orta məktəblərdə ilkin hərbi hazırlıq: problemlər və təkliflər” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, QAT sədri Akif Nağı deyib ki, Azərbaycan müharibə vəziyyətində olan ölkədir və məktəblərdə hərbi dərslər keçirilməlidir. O, hərbi hazırlıq fənninin “Gənclərin çağırışa qədərki hazırlğı” adlandırılmasının da əleyhinə olduğunu söyləyib: “Bir çox məktəblərdə də bu fənn formal keçirilir. Bəzilərində isə müəllimlər peşəkar hərbçilər deyil və məktəblərdə təlim silahları yoxdur. Hərbi hissələrlə orta məktəblər arasında olan əlaqələr də aradan qaldırılıb”. A. Nağı təklif edib ki, qarşıya çıxan problemlər Müdafiə və Təhsil nazirliklərinin səyi nəticəsində mütəxəssis səviyyəsində öz həllini tapmalıdır.

Azərbaycan Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov fənnin adının düzgün olmadığını deyib: “SSRİ-nin güclü ordusu olsa da, ibtidai hərbi hazırlığın vacibliyini anlayaraq, orta məktəbdə bu dərslər yüksək səviyyədə keçirilirdi. Biz bu fənni hərbi hazırlıq dərsi kimi görmək istəyirik”.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Gənclərin çağırışa qədərki hazırlğı” üzrə metodisti Rövşən Qasımov fənnin tədrisi ilə bağlı ittihamları qəbul etməyib. O deyib ki, bu istiqamətdə işlər yüksək səviyyədə aparılır: “Bakının 307 orta məktəbində “Gənclərin çağırışa qədərki hazırlğı” fənni orduda xidmət etmiş zabitlər tərəfindən keçirilir. Müharibənin ilk illərində hərbi hazırlıq fənni üzrə müəllimlərin bir çoxu müharibəyə getdi. Bu gün isə müəllimlər tam komplektləşib. Dərsin adı ilə də müzakirələr aparılıb. Bu ad normal qəbul olunmalıdır. Əsas odur ki, tədrisdə dəyişiklik yoxdur”.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Gənclərin çağırışa qədərki hazırlğı” metodisti Bəhram Nağıyev isə bu fənn üzrə keçirilən dərsliyin səviyyəsindən, mövzuya yanaşmadan narazılığını dilə gətirib: “Dərslik ilk vaxtlarda çox aşağı səviyyədə buraxılmışdı. Sonradan bir sıra düzəlişlər edildi. Lakin yenə də qaneedici deyil. İlk növbədə məktəblərə təlim silahları verilməlidir. Fənnin adı isə “İbtidai həbi hazırlıq” kimi saxlanılmalıdır. Mən anlamıram ki, bu hərbi sözünü niyə gizlədirik. Onda, ordunu da gizlədək. Lakin bu günə qədərki təkliflərim qəbul edilməyib”. B. Nağıyev vurğulayıb ki, fəxr ediləsi məktəblər də az deyil: “Hətta orduda xidmət etməyə bölmələri və müharibəyə hazır məktəblilərimiz də var”.

Tədbirdə həmçinin qeyd olunub ki, dərslik müasir tələblərə, ordu quruculuğu standartlarına cavab vermir, orta məktəblərin maddi-texniki bazası və əyani vəsaitləri yox dərəcəsindədir, səhra və atıcılıq məşğələləri aparılmır, o cümlədən “Cəsurlar” və “Şahinlər” kimi hərbi oyunlar geniş dairəni əhatə etmədən formal keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR