Bank Of Baku

Azərbaycanın dağlıq ərazilərinə qar yağacaq

Azərbaycanın dağlıq ərazilərinə qar  yağacaq
# 21 oktyabr 2011 10:36 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 15-19 dərəcə isti olacaq.

Oktyabrın 23-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 22-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Oktyabrın 23-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Lakin 23-də axşam, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 14-19, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR