Bank Of Baku

Azərbaycan Ombudsmanı orta məktəblərdə şagirdlərə cismani cəzaların verilməsi hallarının olduğunu açıqlayıb

Azərbaycan Ombudsmanı orta məktəblərdə şagirdlərə cismani cəzaların verilməsi hallarının olduğunu açıqlayıb
# 21 oktyabr 2011 11:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycandakı orta məktəblərdə şagirdlərə qarşı cismani cəzalar tək-tək də olsa, var”. APA-nın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova bildirib. O, bir müddət əvvəl orta məktəblərdən birində şagirdin ağzına müəllim tərəfindən şəffaf lent yapışdırılması hadisəsi baş verərkən həmin məktəbin direktoru ilə görüşdüyünü, vəziyyətlə yerində tanış olduğunu deyib.
Ombudsman ailələrdə də zorakılıq hallarının baş verdiyini, hətta ölüm faktının qeydə alındığını bildirib: “Bir dəfə küçədə dörd yaşlı uşağa qarşı zorakılığın şahidi oldum, gözlərim yaşardı”.

E. Süleymanova uşaqlara qarşı məktəbdə, yaxud digər yerlərdə zorakılıq halları olarsa, Ombudsman Aparatının “916” saylı “Qaynar xətt” telefon nömrəsinə zəng vurulmasını tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR