Bank Of Baku

Samuxda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı kompleks mülki müdafiə təlimi keçirilib

Samuxda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı kompleks mülki müdafiə təlimi keçirilib
# 21 oktyabr 2011 12:31 (UTC +04:00)
Samux. Ayxan Hüseynov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) mülki müdafiə hazırlıq planına uyğun olaraq Mülki müdafiə işinin təşkili Baş idarəsinin Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi tərəfindən Samux rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq obyektə daxil olan cinayətkar qrupun zərərsizləşdirilməsi, fövqəladə hal baş verən zaman ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış xilas etmə, zərərçəkmişlərə ilk yardımların göstərilməsi, epidemiya və epizootikaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqlar yerinə yetirilib. Təlimlərdə rayonun hərbiləşdirilmiş dəstələrindən 185 nəfər şəxsi heyəti və 31 texnika iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR