Bank Of Baku

Azərbaycanda əhalinin qocalması tempi əhalinin artımını 2 dəfədən çox üstələyir

Azərbaycanda əhalinin qocalması tempi əhalinin artımını 2 dəfədən çox üstələyir
# 21 oktyabr 2011 12:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycanda əhalinin qocalması əhalinin artımını 2 dəfədən çox üstələyir. APA-nın məlumatına görə, bu barədə Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması sahəsində həyata keçirilən tədbirlər və insan hüquqlarının müdafiəsi” mövzusunda keçirilən konfransda bildirib.

O deyib ki, Azərbaycanda ölkə prezidenti tərəfindən artıq “Uşaq İli” elan olunub. Bu il çərçivəsində ölkədə uşaqların müdafiəsi ilə bağlı çoxsaylı təbirlər həyata keçirilib: “Növbəti illərdən birini Ahıllar ili elan etməyi təklif edirik. Bu, dövlətin ahılların problemlərinin həllinə imkan yaratmasına səbəb olardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR