Bank Of Baku

Azərbaycanın ümumi təhsil müəssisələrində şahmat müstəqil fənn kimi tədris ediləcək

Azərbaycanın ümumi təhsil müəssisələrində şahmat müstəqil fənn kimi tədris ediləcək
# 21 oktyabr 2011 13:36 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə təhsil naziri Misir Mərdanov bildirib ki, nazirliyin sistemində 66 uşaq-gənclər şahmat məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə 2648 qrupda 36 mindən çox məktəblinin şahmatın sirlərini öyrəndiyini deyən nazir şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir inventar, avadanlıq, kompüter, dərslik və dərs vəsaitləri ilə tam təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

M. Mərdanovun sözlərinə görə, ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsi aktualdır. Bu məqsədlə müvafiq tədris proqramının hazırlanmasının, məktəblərdə həmin fənni tədris edəcək müəllimlərin seçilməsinin zəruriliyini vurğulayan nazir dünya təcrübəsinin dərindən öyrənilməsini vacib sayıb. O, ilk növbədə bu yeniliyin tətbiq olunacağı məktəblərin seçilməsi və qazanılmış təcrübə əsasında digər ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələlərinə baxılmasının daha səmərəli nəticələr verəcəyini deyib.

Təhsil naziri qeyd olunan məsələlərlə bağlı Azərbaycan Şahmat Federasiyasının Təhsil Nazirliyinə göndərdiyi təklifləri diqqətə çatdırıb, qarşıda duran müvafiq vəzifələrin həlli üçün tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR