Bank Of Baku

DSMF sədri: Azərbaycandakı pensiyaçıların yalnız 2,6%-i yoxsulluq həddindən aşağı pensiya alır

DSMF sədri: Azərbaycandakı pensiyaçıların yalnız 2,6%-i yoxsulluq həddindən aşağı pensiya alır
# 21 oktyabr 2011 13:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA-Economics. Azərbaycandakı pensiyaçıların yalnız 2,6%-nin pensiyası ölkə üzrə müəyyən edilmiş yoxsulluq həddindən aşağıdır. “APA-Economics”in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yaşa görə pensiya alan 818 min pensiyaçıdan yalnız 34 min nəfərinin pensiyasını məbləği 98,7 manatdan aşağıdır. Birinci və ikinci qrup əlilliyə görə pensiya alanların hamısının pensiyasının məbləği yoxsulluq həddindən yuxarıdır. Yalnız üçüncü qrup əlilliyə görə pensiyaların məbləği 98,7 manatdan aşağıdır: “Bu ona görə belədir ki, bu qrup üzrə pensiyaların baza hissəsi 55%-lə ödənilir. Çünki onlar işləmək iqtidarında olan insanlardır. Pensiyası yoxsulluq həddindən aşağı olan 34 min nəfər əmək stajı 5 il və ondan aşağı olan insanlardır. Hazırda tətbiq olunan qaydalara əsasən, stajın hər ilinə 1 manat 94 qəpik hesablanır, üzərinə isə minimum pensiya məbləği əlavə edilir. Bu şəxslərin pensiyaları Azərbaycanda pensiyaların baza hissəsi artırılan zaman artırılacaq və yoxsulluluq həddini keçəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR