Bank Of Baku

Komitə üzvü: “Bələdiyyələrin hesabatı haqqında” qanun layihəsi yaxın aylarda hazır olacaq”

Komitə üzvü: “Bələdiyyələrin hesabatı haqqında” qanun layihəsi yaxın aylarda hazır olacaq”
# 21 oktyabr 2011 14:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bələdiyyələrin hesabatı haqqında” qanun layihəsi üzərində iş davam etdirilir. APA-nın xəbərinə görə, bu barədə YAP-ın saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib.

T. Rzayev deyib ki, bələdiyyələrin hesabatı mürəkkəb proses olduğu üçün bu məsələnin ciddi təhlilinə ehtiyac var. Onun sözlərinə görə, qanun layihəsini mükəmməl formada hazırlamaq məqsədilə dünya təcrübəsi də dərindən öyrənilir. T. Rzayev qeyd edib ki, yaxın aylar ərzində qanun layihəsi müzakirəyə təqdim edilmək üçün tam hazır olacaq: “Azərbaycanda bələdiyyələr ölkəmizin sosial-iqtisadi inkişafında fəal iştirak edirlər. Bələdiyyələrin fəaliyyətinin xeyli təkmilləşməsi onların uğurlar qazanmasında əsas səbəblərdən biridir. Qazanılan uğurlar gələcəkdə bələdiyyələrin hesabatında da öz əksini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR