Bank Of Baku

Azərbaycanda zəlzələləri əvvəlcədən proqnozlaşdıra bilən iki seysmoakustik telemetrik stansiya quraşdırılıb

Azərbaycanda zəlzələləri əvvəlcədən proqnozlaşdıra bilən iki seysmoakustik telemetrik stansiya quraşdırılıb
# 21 oktyabr 2011 15:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsində “Qəzaların gizli dövrünün robast noise-monitorinq nəzəriyyəsi və texnologiyaları” mövzusunda keçirilən seminarda bildirib. T. Əliyev deyib ki, quraşdırılan stansiyalar dünyada zəlzələləri qabaqcadan proqnozlaşdıran ilk stansiyalardır. Azərbaycanda zəlzələləri proqnozlaşdıra bilən ilk seysmoakustik telemetrik stansiya 2010-cu ilin mayın 1-də Qum adasına quraşdırılıb. İkinci stansiya isə ötən həftə Şirvanda quraşdırılıb. Növbəti iki stansiyanın isə yaxın zamanlarda Siyəzən və Naftalanda quraşdırılması nəzərdə tutulur: “Ötən müddət ərzində fəaliyyətdə olan stansiyalar bütün anomal seysmik prosesləri əvvəlcədən dəqiqliyi ilə qeyd edib. Zəlzələlərin ən azı 5 saatdan 20 saata qədər olan müddət ərzində qabaqcadan proqnozu verilir. Hələlik bizim eksperimentlərdə zəlzələlər 300 kilometrə qədər məsafədən qeyd olunur. Amma 400-500 kilometrdən də bunlar qeydə alınır. Amma biz düşünür ki, 250-300 kilometrə qədər məsafədə zəlzələləri daha etibarlı qeyd etmək mümkündür”.

T. Əliyev bildirib ki, bütün Azərbaycan üzrə zəlzələləri əvvəlcədən proqnozlaşdırmaq üçün 4 stansiya kifayət edir.

İnstitut direktoru qeyd edib ki, “Qəzaların gizli dövrünün monitorinqi nəzəriyyəsi” əsasında hündür mərtəbəli binaların seysmik dayanıqlığının monitorinqini də təşkil etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR