Bank Of Baku

Bu ilin 9 ayı ərzində 400-dən çox vətəndaş pensiya təminatı ilə bağlı məhkəməyə müraciət edib

Bu ilin 9 ayı ərzində 400-dən çox vətəndaş pensiya təminatı ilə bağlı məhkəməyə müraciət edib
# 21 oktyabr 2011 15:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva 0 APA-Economics. Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları vətəndaşların pensiya təminatları ilə bağlı 400-dən yuxarı məhkəmə prosesinə qatılıblar. “APA-Economics”in məlumatına görə, bu barədə DSMF sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu rəqəm şifahi olaraq deyilən ilkin rəqəmdir. Pensiyalarının müəyyənləşməsi ilə bağlı məhkəməyə müraciət edən vətəndaşların sayı daha çox ola bilər: “Məhkəmə proseslərinin sayının artması qanuna edilən son dəyişikliklərlə, eləcə də ötən illərlə bağlı meydana çıxan suallarla əlaqədardır. İnsanlar özlərinin əmək stajlarını məhkəmə vasitəsilə təsdiqlədirlər. Qanunda da yazılıb ki, əmək stajını təsdiq edən sənəd yoxdursa, bunu ancaq məhkəmə vasitəsilə sübut etmək olar. Üstəlik, əmək pensiyalarının məbləğinin stajdan asılılığı var. Belə halların çoxalması təbiidir və bu halların aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR