Bank Of Baku

Azərbaycanda rəsmi işsizlərin sayı 39,4 min nəfərə enib

Azərbaycanda rəsmi işsizlərin sayı 39,4 min nəfərə enib
# 22 oktyabr 2011 09:05 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, iqtisadi fəal əhalinin 4 343,7 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Bununla yanaşı, oktyabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 39,4 min nəfər olub. Onların 43%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 2 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği 178,9 manat olub.

Qeyd edək ki, ötən ayın əvvəlinə ölkədə rəsmi işsiz statusuna malik olanların sayı 39,9 min nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR