Bank Of Baku

Azərbaycanda əmtəə bazarının həcmi 10 faiz artıb

Azərbaycanda əmtəə bazarının həcmi 10 faiz artıb
# 22 oktyabr 2011 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycanda pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 2010-cu ilin eyni dövrünün səviyyəsini 10,3% üstələyərək 11,6 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ümumi artımın 93,9%-i pərakəndə ticarət müəssisələrinin, 6,1%-i isə iaşə müəssisələrinin fəaliyyəti sayəsində yaranıb.

«Pərakəndə ticarət və iaşə şəbəkələrində hər bir ölkə sakininə orta hesabla ayda 142,4 manatlıq və ya 2010-cu ilin eyni dövründəkindən 22,8 manat çox müxtəlif əmtəə və xidmətlər realizə edilib», - deyə Komitədən bildirilib.

Yanvar-sentyabr aylarında özəl müəssisələr üzrə pərakəndə ticarət və iaşə dövriyyəsinin ümumi həcmi 11,563 mlrd. manat, yaxud 2010-cu ilin müvafiq dövrünə nisbətən 10,4% çox olub.

Pərakəndə ticarət və ictimai iaşə şəbəkələrində əhaliyə satılmış ərzaq məhsullarının həcmi 2,6% artaraq 7 152,3 mln. manata, qeyri-ərzaq mallarının həcmi 29,2% artaraq 4 483,2 mln. manata bərabər olub: «Ərzaq məhsullarının həcminin 94,7%-i (6 772,9 mln. manatı) pərakəndə ticarət şəbəkəsində realizə olunub. Pərakəndə ticarət dövriyyəsinin həcmində ərzaq və qeyri-ərzaq mallarının xüsusi çəkiləri müvafiq olaraq 60,2% və 39,8% təşkil edib. İctimai iaşə müəssisələrində əhaliyə 379,4 mln. manatlıq aşpazlıq və kulinariya emalından keçmiş şəxsi istehsal məhsulları satılıb».

Qeyd edək ki, hesabat dövründə hər bir ölkə sakini orta hesabla ayda pərakəndə ticarət müəssisələrində 82,9 manatlıq ərzaq, 54,9 manatlıq qeyri-ərzaq malları alıb, iaşə müəssisələrində 4,6 manatlıq iaşə xidmətlərindən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR