Bank Of Baku

Bakıda XI Beynəlxalq Təhsil Yarmarkası keçirilir

Bakıda XI Beynəlxalq Təhsil Yarmarkası keçirilir
# 22 oktyabr 2011 10:34 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakıda XI Beynəlxalq Təhsil Yarmarkası keçirilir. APA-nın məlumatına görə, yarmarkanın təşkilatçısı Bakı Təhsil Məlumat Mərkəzidir. Mərkəzin meneceri Cavanşir Məmmədov jurnalistlərə bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd xaricdə təhsil almaq imkanları barədə məlumat yaymaqdır.
C. Məmmədovun sözlərinə görə, ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən tədbirdə Azərbaycanda təhsil sahəsində fəaliyyət göstərən 25-ə qədər aparıcı təşkilat, o cümlədən ABŞ səfirliyi, ASSELS, İREX, DAAD, The British Council, STİ-Azerbaijan, Azərbaycan Diplomatik Akademiyası, Odlar Yurdu Universiteti, Kaspi Təhsil Mərkəzi və s. iştirak edir.
Belə yarmarkaların il ərzində 2-3 dəfə keçirildiyini deyən menecer bildirib ki, növbəti tədbirin gələn ilin aprel-may aylarında təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR