Bank Of Baku

“Sığortalı gələcək” layihəsi çərçivəsində seminar keçirilib

“Sığortalı gələcək” layihəsi çərçivəsində seminar keçirilib
# 22 oktyabr 2011 16:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Maliyyə Nazirliyinin “İRƏLİ” İctimai Birliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində ilk seminar keçirilib. “İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda 30-dan çox gənc iştirak edib. Seminarda iştirak edən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin nümayəndəsi və “Sığortalı gələcək” layihəsinin rəhbəri Orxan Bayramov seminarın məqsədindən və proqramından danışıb. Seminarda sığortanın nə olduğu, onun tarixi, növləri, Azərbaycanın sığorta bazarı, təkrar sığorta və s. mövzulardan söz açan ekspert, eyni zamanda iştirakçılara icbari sığorta haqqında qanun barədə məlumat verib. Sığorta barədə dolğun informasiyaya yiyələnən seminar iştirakçıları arasında simulyasiya oyunları keçirilib. Bu oyunlarda fəallığı ilə seçilən iştirakçılar mükafatlandırılıb.
“Sığortalı gələcək” layihəsi çərçivəsində belə seminarların 1 ay müddətində, həftədə bir dəfə olmaqla, şənbə günləri keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti “İRƏLİ” İctimai Birliyi ilə birgə həyata keçirilən “Sığortalı gələcək” layihəsinin əsas məqsəd əhali, xüsusilə gənclər arasında sığorta ilə bağlı maarifləndirmə işinin aparılması, əhali arasında sığorta mədəniyyətinin yüksəldilməsi, cəmiyyətin diqqətinin sığorta məsələlərinə çəkilməsi, sığorta işinin əhaliyə daha fərqli və kreativ üsullarla çatdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR