Bank Of Baku

Qənirə Paşayeva Bolqarıstanın Avropa Parlamentindəki və AŞPA-dakı nümayəndə heyətlərinin türk kökənli üzvləri ilə görüşüb - FOTO

Qənirə Paşayeva Bolqarıstanın  Avropa Parlamentindəki və AŞPA-dakı nümayəndə heyətlərinin türk kökənli üzvləri ilə görüşüb  - <font color=red>FOTO</font>
# 24 oktyabr 2011 08:08 (UTC +04:00)
Bakı-APA. Bolqarıstanda səfərdə olan Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Bolqarıstanın Avropa Parlamentindəki nümayəndə heyətinin türk kökənli üzvləri - Filiz Hüsmenova və Mətin Kazakla, bu ölkənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü, türk kökənli Ünal Lütvi ilə görüşüb. APA-nın xəbərinə görə, görüşlər zamanı Bolqarıstanda yaşayan türklərin vəziyyəti, onları narahat edən problemlər ətrafında fikir mübadiləsi aparılıb. Millət vəkili bildirib ki, Azərbaycan dünyanın hər yerində, o cümlədən Bolqarıstanda yaşayan türklərlə əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Q. Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə məlumatlar verib.
Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, türklər Ermənistanın törətdiyi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar.

Azərbaycanı sevdiklərini bildirən Ünal Lütvü, Filiz Hüsmenova və Mətin Kazak həm ölkələri, həm də Azərbaycan türkləri ilə Bolqarıstan türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacib sayıblar və bu istiqamətdə səylərini bundan sonra daha da artıracaqlarını deyiblər. Millət vəkilləri Azərbaycana gəlməkdən hər zaman böyük məmnunluq duyduqlarını da bildiriblər.
Qeyd edək ki, Ünal Lütvü və Filiz Hüsmenova eyni zamanda Bolqarıstanın böyük partiyalarından olan Hak və Özgürlüklər Hərəkatının Mərkəz Yönətim Qurumunun üzvləridir.

Xatırladaq ki, Qənirə Paşayeva AŞ PA-nın Bolqarıstanda keçirilən prezident və bələdiyyə seçkilərini müşahidə missiyasının üzvü kimi bu ölkədə səfərdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR