Bank Of Baku

Azərbaycanda “quş qripi”nin profilaktikası ilə əlaqədar növbəti monitorinqlərə başlanır

Azərbaycanda “quş qripi”nin profilaktikası ilə əlaqədar növbəti monitorinqlərə başlanır
# 24 oktyabr 2011 09:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Noyabrın ayının ortalarında Azərbaycanda “quş qripi”nin profilaktikası ilə əlaqədar növbəti monitorinqlərə başlanılacaq. Bu haqda APA-ya Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, monitorinq ev və çöl quşları arasında aparılacaq: “Hazırda ölkədə “quş qripi”nə görə epizootik durum sabitdir və bu işlər daimi olaraq xidmətinin nəzarəti altında saxlanılır”.

Y. Xanvəli deyib ki, bu ilin əvvəlindən Azərbaycanda “quş qripi”nin profilaktikası ilə əlaqədar olaraq 5 dəfə monitorinqlər keçirilib, 6022 baş ev və çöl quşlarının qan nümunələri, 218 baş ev və çöl quşlarının patmaterialı quş qripinə görə müayinə edilib: “Qan nümunələri və patoloji materialların laborator müayinələrinin nəticələrinə görə “quş qripi” aşkar edilməyib. “Quş qripi”nə görə seromonitorinqlər əsasən Pirallahı adasındakı Abşeron Milli parkında, Şabran rayonunun Sarvan ov təsərrüfatında, Şirvan Milli Parkında, Ağ göl ərazisində və Qızılağac dövlət təbiət qoruğunda, habelə respublika rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR